“Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının sürətləndirilməsi: elm, tərəfdaşlıq və fəaliyyət” mövzusunda keçiriləcək konfrans elmi biliklərin, qabaqcıl təcrübələrin və innovativ həllərin mübadiləsinə, həmçinin dövlət qurumları, beynəlxalq təşkilatlar, universitetlər, biznes və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Tədbir çərçivəsində DİM-lər, iqlim, su ehtiyatları, bərpa olunan enerji, dairəvi iqtisadiyyat, ESG, süni intellekt və digər aktual istiqamətlər üzrə tematik sessiyalar və müzakirələr keçiriləcək. Gənclər üçün Youth Action Day | LCOY proqramı da təşkil olunacaq.
Konfransda tədqiqatçılar, müəllimlər, tələbələr, gənc alimlər, biznes və dövlət qurumlarının nümayəndələri, eləcə də digər maraqlı tərəflər iştirak edə bilərlər.
للمزيد من المعلومات والطلبات:
[email protected]