award جائزة

Georg Nagel

"Hər gün bəşəriyyətin ən böyük sirlərindən birini — heyrətamiz beynimizin necə işlədiyini anlamağa kömək edən yeni kəşflər edilir”

Georg Nagel

Georg Nagel (Georq Naqel)

2026-cı il Fiziologiya və ya Tibb üzrə Nobel mükafatı

  • Doğum tarixi: 24 avqust 1953-cü il

  • Doğulduğu yer: Vaynqarten, Almaniya

  • Mükafat verildiyi zaman çalışdığı qurum: Vürtsburq Universiteti, Vürtsburq, Almaniya.

  • Mükafatın təqdim edilmə səbəbi: “İşıq vasitəsilə idarə olunan ion kanalları və optogenetika sahəsindəki kəşflərinə görə.”

Georq Nagel Peter Heqemannla birlikdə işığa həssas ion kanallarını araşdırıb. Bu kəşf neyronların fəaliyyətinin işıq vasitəsilə dəqiq idarə olunmasına imkan verib.

Söhbət neyronları işıq vasitəsilə idarə etməyə imkan verən optogenetika texnologiyasından gedir.

Nobel Komitəsinin bəyanatında qeyd olunduğu kimi, Hegemann və Nagel unikal xüsusiyyətlərə malik olan kanalrodopsin zülalını kəşf ediblər. Alimlər müəyyən ediblər ki, kanalrodopsin müxtəlif hüceyrələrə daxil edildikdə, həmin hüceyrələr işığa həssas olur. Deyserot isə “bu zülalı sinir hüceyrələrini işıq vasitəsilə idarə etməyə imkan verən bir açara çevirib”.

“Sinir siqnallarının işıq vasitəsilə idarə edilməsinə imkan verən bu üsul hazırda optogenetika adlanır və qısa müddət ərzində dünya miqyasında böyük əhəmiyyət qazanıb”, — deyə məlumatda bildirilir.

Optogenetika müəyyən sinir hüceyrələrinin fəaliyyətinin xatirələrə, hisslərə və davranışlara necə təsir etdiyini öyrənməyə imkan verir.

“Optogenetika beyin haqqında təsəvvürlərimizi köklü şəkildə dəyişib. Hər gün bəşəriyyətin ən böyük sirlərindən birini — heyrətamiz beynimizin necə işlədiyini anlamağa kömək edən yeni kəşflər edilir”, — deyə Nobel Komitəsinin press-relizində qeyd olunur.

https://www.nobelprize.org/prizes/medicine/2026/press-release/

https://en.wikipedia.org/wiki/Georg_Nagel