Robert Şiller ilk dəfə olaraq belə bir məsələyə diqqət yönəltdi: iqtisadi modellərin əsasında dayanan narrativlər (yəni geniş yayılan ideyalar) bəzən ənənəvi modellərdən daha dəqiq nəticələr verə bilər. Bu nəzəriyyəyə görə, “informasiya epidemiyası” formasını almış və insanların inamına bağlı olan bu narrativləri öyrənməklə daha dəqiq iqtisadi proqnozlar vermək mümkündür. Belə proqnozlar insanları iqtisadi təlatümlərə hazırlaya və potensial itkilərin qarşısını ala bilər.