lightbulb الاختراعات العلمية

YENİ PARADİQMA NARRATİV İQTİSADİYYAT

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Şillerə görə bu, yeni bir elmi istiqamətdir və iqtisadi proseslərə “virus kimi yayılan” ideyaların

YENİ PARADİQMA NARRATİV İQTİSADİYYAT

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Şillerə görə bu, yeni bir elmi istiqamətdir və iqtisadi proseslərə “virus kimi yayılan” ideyaların (narrativlərin) təsirini öyrənir. Şillerə görə dünyanı pul yox, hekayələr (narrativlər) idarə edir. Məsələn, bitkoinin dəyəri minlərlə dollardır, çünki insanlar ona inanır. Nəhəng şirkətlər isə yalnız maliyyə göstəricilərinə görə deyil, həm də onlar haqqında formalaşmış narrativlərə görə iflas etmirlər.

Robert Şiller ilk dəfə olaraq belə bir məsələyə diqqət yönəltdi: iqtisadi modellərin əsasında dayanan narrativlər (yəni geniş yayılan ideyalar) bəzən ənənəvi modellərdən daha dəqiq nəticələr verə bilər. Bu nəzəriyyəyə görə, “informasiya epidemiyası” formasını almış və insanların inamına bağlı olan bu narrativləri öyrənməklə daha dəqiq iqtisadi proqnozlar vermək mümkündür. Belə proqnozlar insanları iqtisadi təlatümlərə hazırlaya və potensial itkilərin qarşısını ala bilər.