graduate ELMİMİZİN SƏRHƏDLƏRİ

Nağıyev Tural

Azərbaycanlı alim, fizika üzrə fəlsəfə doktoru

Nağıyev Tural

2007-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. AMEA-nın Fizika İnstitutunda kiçik və aparıcı elmi işçi, 2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Laboratoriya Əməliyyatları Mərkəzinin direktoru, "Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti, Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı, kafedra müdiri (2024-cü ildən) vəzifələrində çalışmışdır. 90-dan çox elmi əsrin (o cümlədən Web of Science və Scopus bazalarında indekslənən 50-dən çox məqalənin), 8 proqram təminatı patentinin müəllifidir. Dosent Tural Nağıyev "UNEC Journal of Engineering and Applied Sciences" və "Advanced Physical Research" jurnalları redaksiya heyətinin (baş redaktor müavini) üzvüdür. 2015-ci ildə yüksək elmi nailiyyətlərinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı gənc alimi" mükafatına layiq görülmüş, Stanford Universitetinin reytinqinə əsasən dünyanın ən nüfuzlu 2% alimi siyahısına daxil edilmişdir.

Seçilmiş nailiyyətlər:
  • Dünyanın ən yaxşı 2% alimi siyahısı: Stanford Universitetinin 2024–2026-cı illər üçün açıqladığı reytinqə əsasən, o, iqtisadiyyat və fizika sahələri üzrə dünyanın ən nüfuzlu 2% alimi siyahısına daxil edilib.
  • "İlin ən yaxşı gənc alimi" mükafatı: 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bu yüksək ada layiq görülüb.
  • Beynəlxalq elmi mühitdə nüfuzunu göstərən iki mühüm jurnalın — "UNEC Journal of Engineering and Applied Sciences" və "Advanced Physical Research" jurnallarının baş redaktor müavinidir
  • Yüksək elmi nəticələrinə görə 2 dekabr 2025-ci ildə UNEC-də “Tədqiqatçı-dosent” statusuna layiq görülüb.