users НАША КОМАНДА

Anar Rəhimov

Tərcüməçi, pedaqoq

Anar Rəhimov
Anar Rəhimov 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991–2001-ci illərdə Bakı şəhəri 45 saylı orta məktəbdə təhsil alıb. Daha sonra Azərbaycan Dillər Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
2010–2013-cü illərdə Norveçin Oslo Universitetində Norveç dili və ədəbiyyatı üzrə ikinci ali təhsil alıb.
İngilis, Norveç, Rus və Portuqal dillərini bilir.
2002–2006-cı illərdə “Euromed” şirkətində tərcüməçi kimi çalışıb.
2010–2025-ci illərdə Azərbaycan Dillər Universitetində laborant, müəllim, baş müəllim, şöbə müdiri və rektor köməkçisi vəzifələrində fəaliyyət göstərib.