Michael Woodford
arrow Назад к лауреатам
award 2026 İqtisadiyyat

Michael Woodford

“Mərkəzi bankçılıq elə insan fəaliyyətlərindəndir ki, burada nisbətən mücərrəd nəzəri töhfələrin real faydası olduğunu düşünürəm”

Michael Woodford

Maykl Vudford

2026-cı il Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə Sveriges Riksbank mükafatı

  • Doğum tarixi və yeri: 1955-ci il, Çikope, Massaçusets, ABŞ

  • Mükafat aldığı dövrdə çalışdığı müəssisə: Kolumbiya Universiteti, Nyu-York, ABŞ

  • Mükafatın verilmə səbəbi: “Makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsaslarına verdiyi töhfələrə görə”

Amerikalı iqtisadçı, Kolumbiya Universitetinin siyasi iqtisadiyyat üzrə professorudur. O, makroiqtisadiyyat və pul siyasəti sahəsində dünyanın tanınmış tədqiqatçılarından biridir. 12 oktyabr 2026-cı ildə Michael Woodford Robert E. Hall ilə birlikdə makroiqtisadi sabitləşdirmə siyasətinin mikroiqtisadi əsaslarının inkişafına verdiyi töhfələrə görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb. Woodfordun iqtisadi nəzəriyyəsinin əsas ideyalarından biri budur: mərkəzi bankın yalnız bu gün müəyyən etdiyi faiz dərəcəsi deyil, gələcək siyasəti barədə verdiyi mesajlar da iqtisadiyyata təsir edir. Məsələn, mərkəzi bank gələcəkdə faizləri aşağı saxlayacağını bildirərsə, bu, insanların borclanmaq, şirkətlərin investisiya etmək qərarlarına təsir göstərə bilər.

https://www.nobelprize.org/prizes/economic-sciences/2026/woodford/facts/

https://en.wikipedia.org/wiki/Michael_Dean_Woodford