graduate СЛОВАРЬ ТЕРМИНОВ

Словарь научных терминов

Пояснительный словарь научной терминологии

Çek

Banka müəyyən məbləğin ödənilməsi barədə verilən yazılı ödəniş sərəncamıdır.

Hesablaşma hesabı

Müəssisənin bankda saxladığı və ödənişlər, köçürmələr üçün istifadə etdiyi hesabdır.

Qiymət

Mal və ya xidmətin pul ilə ifadə olunan dəyəridir.

Tədiyyə balansı

Ölkənin müəyyən dövr ərzində xarici ölkələrlə apardığı iqtisadi əməliyyatları əks etdirən statistik hesabatdır.

Kommersiya

Mənfəət əldə etmək məqsədilə mal və xidmətlərin alqı-satqısı ilə bağlı fəaliyyətdir.

Arbitraj

qiymət fərqindən qazanc əldə etmək məqsədilə alqı-satqı əməliyyatı.

Məhsuldarlıq

İstehsal prosesində istifadə olunan resurslar hesabına əldə edilən məhsul və xidmətlərin miqdarını göstərir.

Özünüməşğulluq

Şəxsin əmək müqaviləsi ilə başqa işəgötürən üçün deyil, öz hesabına iqtisadi fəaliyyət göstərməsidir.

Yatırım

Gəlir əldə etmək məqsədilə pulun və ya digər resursların müəyyən sahəyə qoyulmasıdır.

Bazar

Alıcı və satıcıların mal və xidmətlərin alqı-satqısını həyata keçirdikləri iqtisadi münasibətlər sistemidir.

Ekvivalent

Dəyər və ya xüsusiyyət baxımından başqa bir malı, xidməti və ya pul məbləğini əvəz edə bilən vasitədir.

Restrukturizasiya

Müəssisənin borclarının, idarəetməsinin və ya fəaliyyət strukturunun daha səmərəli işləmək üçün yenidən təşkil edilməsidir.