İMANQULİYEVA AİDA
Şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru
Aida İmanquliyeva 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdır. 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib, 1966-1976-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, 1976-1988-ci illərdə ərəb filologiyası şöbəsinin müdiri, 1988-1991-ci illərdə elmi işlər üzrə direktor müavini, 1991-ci ildə həmin institutda direktor vəzifəsində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur.
- Müasir ərəb ədəbiyyatının tədqiqi
- Şərq və Qərb ədəbiyyatları arasında əlaqələrin öyrənilməsi.
- Məhcər ədəbiyyatının tədqiqi.
- Fundamental elmi əsərlərin müəllifliyi.