YUSİF MƏMMƏDƏLİYEV
Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA akademiki və prezidenti, SSRİ EA müxbir üzvü
Yusif Məmmədəliyev Naxçıvan MR-in Ordubad şəhərində anadan olmuşdur. 1926-cı ildə V.İ.Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən sonra, 1928-1929-cu illərdə İrəvana göndərilmiş və Türk Pedaqoji Texnikumunda və Fəhlə fakültəsində müəllim işləmişdir. O, İrəvan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak etmişdir. Y.Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir.
Избранные достижения:
- Yüksək oktanlı aviasiya yanacağının alınması.
- Neft qazlarının kimyəvi emalı.
- Neft-kimya sənayesinin inkişafı.
- Sintetik kauçuk üzrə tədqiqatlar.