graduate ГРАНИЦЫ НАШЕЙ НАУКИ

Азербайджанские ученые и молодые исследователи

Познакомьтесь с нашими выдающимися учеными и талантливыми молодыми исследователями, созидающими научное наследие страны и достойно представляющими ее в мире.

Nağıyev Tural
Gənc tədqiqatçılar

Nağıyev Tural

Azərbaycanlı alim, fizika üzrə fəlsəfə doktoru

2007-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. AMEA-nın Fizika İnstitutunda kiçik və aparıcı elmi işçi, 2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Laboratoriya Əməliyyatları Mərkəzinin direktoru, "Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti, Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı, kafedra müdiri (2024-cü ildən) vəzifələrində çalışmışdır. 90-dan çox elmi əsrin (o cümlədən Web of Science və Scopus bazalarında indekslənən 50-dən çox məqalənin), 8 proqram təminatı patentinin müəllifidir. Dosent Tural Nağıyev "UNEC Journal of Engineering and Applied Sciences" və "Advanced Physical Research" jurnalları redaksiya heyətinin (baş redaktor müavini) üzvüdür. 2015-ci ildə yüksək elmi nailiyyətlərinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı gənc alimi" mükafatına layiq görülmüş, Stanford Universitetinin reytinqinə əsasən dünyanın ən nüfuzlu 2% alimi siyahısına daxil edilmişdir.

Həsrəddin Quliyev
Gənc tədqiqatçılar

Həsrəddin Quliyev

Azərbaycanlı alim, iqtisad üzrə fəlsəfə doktoru

Həsrəddin Quliyev 2012–2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, 2016–2018-ci illərdə isə magistratura təhsili almışdır. Daha sonra Türkiyənin İstanbul Texniki Universitetində böyük verilənlər və biznes analitikası istiqamətində magistratura təhsilini davam etdirmiş, 2018–2023-cü illərdə İstanbul Universitetində iqtisadiyyat sahəsində doktorantura təhsilini tamamlamışdır.Onun elmi fəaliyyətinin əsas istiqamətlərini ekonometrik modelləşdirmə, panel verilənlərin təhlili, zaman sıraları, maşın öyrənməsi, süni intellekt, iqtisadi artım, yaşıl inkişaf, bərpa olunan enerji, ekoloji iz, maliyyə bazarları və makroiqtisadi göstəricilər arasındakı əlaqələrin tədqiqi təşkil edir. Alim müasir statistik və ekonometrik metodlardan istifadə etməklə iqtisadi proseslərin qiymətləndirilməsi, proqnozlaşdırılması və elmi əsaslandırılmış qərarların qəbuluna yönəlmiş tədqiqatlar aparır. R, Python və Stata kimi proqram vasitələrindən istifadə etməklə iqtisadi və biznes məlumatlarının statistik təhlili, modelləşdirilməsi və proqnozlaşdırılması sahəsində peşəkar bilik və bacarıqlara malikdir.Dosent Həsrəddin Quliyev UNEC-də Magistratura Məktəbinin İqtisadi və Texnoloji Elmlər kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir, eyni zamanda Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzində elmi işlər həyata keçirir. O, 2023–2024-cü illərdə kafedrada müdir müavini vəzifəsini icra etmiş, həmçinin magistrantların elmi-tədqiqat işlərinə rəhbərlik etmişdir.Alimin elmi məqalələri Journal of Environmental Management, Ecological Indicators, Innovation and Green Development, Resources Policy, Applied Geography və digər nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmuşdur. Onun tədqiqatları əsasən Web of Science və Scopus elmi bazalarında indekslənən nəşrlərdə işıq üzü görmüşdür. Elmi əsərlərində yaşıl iqtisadi artım, enerji istehlakı, ekoloji dayanıqlılıq, süni intellekt, əmək bazarı və iqtisadi inkişaf arasındakı qarşılıqlı əlaqələr müasir ekonometrik yanaşmalar əsasında araşdırılır.

  • https://avesis.unec.edu.az/hasradding