Azərbaycan Texniki Universitetinin doktorantı, Süni intellekt üzrə gənc tədqiqatçı
Murad Əliyev süni intellekt, maşın öyrənməsi və kompüter görməsi sahəsində tədqiqatlar aparır. Elmi fəaliyyəti sənaye proseslərinin optimallaşdırılması, tibbi görüntülərin analizi və ağıllı informasiya sistemlərinin hazırlanmasına yönəlib. Müxtəlif elmi konfranslarda çıxış etmiş, beynəlxalq elmi jurnallarda məqalələri dərc olunmuşdur. Hazırda universitet-sənaye əməkdaşlığı çərçivəsində innovativ süni intellekt layihələrinin hazırlanmasında iştirak edir.