users 我们的团队

Qismət Rüstəmov

Şair, tərcüməçi, esseist

Qismət Rüstəmov
Qismət Elçin oğlu Rüstəmov 15 mart 1986-cı ildə Bakı şəhərində anadan olub. 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb, 2007–2009-cu illərdə magistratura pilləsini bitirib. 2018-2025-ci illərdə Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantı olub. Filologiya üzrə fəlsəfə doktorudur (2025). Müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktorudur. "Vitrin" (2010), "Meqapolis hüznləri" (2011), "Gələcəyin tarixi" (2016, 2020), "Qumru əlifbası" (2020), "Güzgülü pərdə" (2024), "Tanış küçələrin birində" (2025) adlı kitabların müəllifidir. 2011-ci ildə Vaja Pşavela adına beynəlxalq poeziya mükafatına layiq görülüb.