graduate ELMİMİZİN SƏRHƏDLƏRİ

Həsrəddin Quliyev

Azərbaycanlı alim, iqtisad üzrə fəlsəfə doktoru

Həsrəddin Quliyev

Həsrəddin Quliyev 2012–2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, 2016–2018-ci illərdə isə magistratura təhsili almışdır. Daha sonra Türkiyənin İstanbul Texniki Universitetində böyük verilənlər və biznes analitikası istiqamətində magistratura təhsilini davam etdirmiş, 2018–2023-cü illərdə İstanbul Universitetində iqtisadiyyat sahəsində doktorantura təhsilini tamamlamışdır.

Onun elmi fəaliyyətinin əsas istiqamətlərini ekonometrik modelləşdirmə, panel verilənlərin təhlili, zaman sıraları, maşın öyrənməsi, süni intellekt, iqtisadi artım, yaşıl inkişaf, bərpa olunan enerji, ekoloji iz, maliyyə bazarları və makroiqtisadi göstəricilər arasındakı əlaqələrin tədqiqi təşkil edir. Alim müasir statistik və ekonometrik metodlardan istifadə etməklə iqtisadi proseslərin qiymətləndirilməsi, proqnozlaşdırılması və elmi əsaslandırılmış qərarların qəbuluna yönəlmiş tədqiqatlar aparır. R, Python və Stata kimi proqram vasitələrindən istifadə etməklə iqtisadi və biznes məlumatlarının statistik təhlili, modelləşdirilməsi və proqnozlaşdırılması sahəsində peşəkar bilik və bacarıqlara malikdir.

Dosent Həsrəddin Quliyev UNEC-də Magistratura Məktəbinin İqtisadi və Texnoloji Elmlər kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir, eyni zamanda Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzində elmi işlər həyata keçirir. O, 2023–2024-cü illərdə kafedrada müdir müavini vəzifəsini icra etmiş, həmçinin magistrantların elmi-tədqiqat işlərinə rəhbərlik etmişdir.

Alimin elmi məqalələri Journal of Environmental Management, Ecological Indicators, Innovation and Green Development, Resources Policy, Applied Geography və digər nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmuşdur. Onun tədqiqatları əsasən Web of Science və Scopus elmi bazalarında indekslənən nəşrlərdə işıq üzü görmüşdür. Elmi əsərlərində yaşıl iqtisadi artım, enerji istehlakı, ekoloji dayanıqlılıq, süni intellekt, əmək bazarı və iqtisadi inkişaf arasındakı qarşılıqlı əlaqələr müasir ekonometrik yanaşmalar əsasında araşdırılır.

Seçilmiş nailiyyətlər:
  • Dünyanın ən yaxşı 2% alimi siyahısı: Stanford Universitetinin 2024–2026-cı illər üçün açıqladığı reytinqə əsasən, o, iqtisadiyyat və fizika sahələri üzrə dünyanın ən nüfuzlu 2% alimi siyahısına daxil edilib.
  • Yüksək elmi nəticələrinə görə 2 dekabr 2025-ci ildə UNEC-də tədqiqatçı-müəllim statusu qazanan müəllimlər sırasında yer alıb.