Lütfi Zadə
Kaliforniya Universiteti, Berkli professoru, qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsinin banisi
Lütfi Zadə (1921–2017) dünya elminə ən böyük töhfələr vermiş azərbaycanəsilli alimlərdən biridir. O, 1965-ci ildə qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsini təqdim etməklə süni intellekt, avtomatik idarəetmə, robototexnika və qərar qəbuletmə sistemlərinin inkişafına mühüm təsir göstərmişdir. Uzun illər Kaliforniya Universitetinin Berkli kampusunda professor kimi fəaliyyət göstərmiş, yüzlərlə elmi məqalə və kitabın müəllifi olmuşdur. Onun elmi irsi bu gün də müasir süni intellekt sistemlərinin nəzəri əsaslarından biri hesab edilir.
Seçilmiş nailiyyətlər:
- Fuzzy Logic nəzəriyyəsinin yaradılması
- IEEE Medal of Honor
- Honda Prize
- Okawa Prize