Mərkəz Haqqında

Elmin Populyarlaşdırılması Mərkəzi cəmiyyətdə elmi biliklərin yayılmasını və elmə marağın artırılmasını təmin etmək məqsədi daşıyır.

Yaranma Tarixi və Rəhbərlik

Elmin Populyarlaşdırılması Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 27 yanvar 2023-cü il tarixli iclasının 186 №-li Qərarı və UNEC rektorunun 13 fevral 2023-cü il tarixli 93/3/2023 №-li əmrinə əsasən yaranmışdır.

UNEC rektorunun 28 mart 2023-cü il tarixli 190/3/2023 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik UNEC İctimai Nəzarət Şurasının sədri, fəl.f.d. Əliyev Etibar Qasım oğluna həvalə edilmişdir.

Məqsəd və Vəzifələr

Elmin Populyarlaşması Mərkəzinin məqsədi cəmiyyətdə elmi biliklərin yayılmasını, ictimaiyyətin elmi fəaliyyətlərlə marağının artırılmasını və elmin gündəlik həyatda tətbiqinin təşviqini təmin etməkdir.

  • Elmi biliklərin yayılması

    Cəmiyyət arasında müxtəlif sahələr üzrə elmi biliklərin anlaşılmasını və əlçatan olmasını təmin etmək.

  • İctimaiyyətin maarifləndirilməsi

    Xüsusilə gənclər və tələbələr arasında elmi marağın artırılması, elmi düşüncə tərzinin təşviqi.

  • Elmin gündəlik həyatda tətbiqi

    Əldə olunan elmi nailiyyətlərin praktik tətbiq sahələrinə yönəldilməsi və həyat keyfiyyətinin yüksəldilməsi.

  • Elmi kommunikasiya və əməkdaşlıq

    Tədqiqatçılar, universitetlər və digər elmi təşkilatlar arasında informasiya mübadiləsini asanlaşdırmaq.

  • İnnovasiya və texnologiya maarifləndirilməsi

    Yeni texnologiyalar və innovativ həllərin cəmiyyət tərəfindən anlaşılmasını və mənimsənilməsini təşviq etmək.