Prioritet elmi istiqamətlər və mövzu alt bəndləri
Müraciət edən gənc alimlər komandası öz tədqiqat mövzularını aşağıdakı strateji alt bəndlərdən birinə uyğunlaşdırmalıdırlar:
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi-mədəni inkişafının strateji istiqamətləri və dayanıqlı inkişaf mexanizmləri: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafının nəzəri-metodoloji əsasları: Qarabağ və Şərqi Zəngəzurda mədəni irs əsasında yaradıcı iqtisadiyyatın inkişaf perspektivləri; Yaşıl iqtisadiyyat və yaşıl enerji zonası konsepsiyasının regional inkişafda rolu; Ağıllı şəhər və ağıllı kənd layihələrinin sosial-iqtisadi səmərəliliyi; İnfrastruktur və nəqliyyat-logistika şəbəkələrinin regional iqtisadi inkişafa təsiri; Zəngəzur nəqliyyat dəhlizinin regional, qlobal dayanıqlı inkişafa təsiri.
Qərbi Azərbaycan irsi və qayıdışın elmi-hüquqi əsasları: Qərbi Azərbaycan ərazisindəki tarixi-mədəni irsimizin, maddi abidələrin və toponimlərin elmi əsaslarla araşdırılmasını, arxiv sənədlərinin öyrənilməsini, dinc qayıdış konsepsiyasının beynəlxalq hüquqi aspektlərinin əsaslandırılmasını, həmçinin tarixi yurdlarından didərgin düşmüş soydaşlarımızın mədəniyyət, sosiologiya və demoqrafiya tarixinin tədqiqi.
Açıq Bankçılıq ekosisteminin inkişafı və bank sektorunda rəqabətin artırılması: Azərbaycanda Açıq Bankçılıq modelinin tətbiq imkanlarını; Azərbaycanda İslam bankçılığı modelinin formalaşdırılması və iqtisadi inkişaf potensialı: Türk Dövlətləri İnkişaf Bankının konseptual modeli: institusional, hüquqi və maliyyə əsasları. Türk Dövlətləri arasında İslam maliyyəsi modeli və və sukuk bazarının inteqrasiyası; Türk dövlətləri arasında ortaq İslam maliyyə bazarının yaradılmasının iqtisadi əsasları.
Türk Dövlətləri üçün Vahid Maliyyə Məkanı: Türk Dövlətləri Universitetlər Birliyinin institusional inkişaf modeli və ortaq ali təhsil məkanının formalaşdırılması; Türk Dövlətləri Universitetlər Birliyinin inkişaf strategiyasını və idarəetmə modeli.
Sənaye 5.0 və ağıllı istehsal texnologiyaları: Sənaye 5.0 konsepsiyasının nəzəri-metodoloji əsasları və iqtisadi inkişaf modelləri; Sənaye 5.0 şəraitində ağıllı istehsal sistemləri; Ağıllı istehsal texnologiyalarının məhsuldarlığa və rəqabətqabiliyyətliliyə təsirinin tədqiqi; Süni intellekt və maşın öyrənməsinin istehsal proseslərinin optimallaşdırılmasında rolu; Əşyaların İnterneti texnologiyalarının istehsalın iqtisadi səmərəliliyinə təsiri; Rəqəmsal əkiz texnologiyalarının sənaye müəssisələrində tətbiqinin tədqiqi.
Rəqəmsal suverenliyin sosial-iqtisadi, elmi-texnoloji və geostrateji aspektlərinin qiymətləndirilməsi: Rəqəmsal suverenliyin nəzəri-konseptual əsasları və müasir inkişaf yanaşmaları; Rəqəmsal suverenliyin iqtisadi təhlükəsizliyin təmin edilməsində rolu; Məlumat (data) suverenliyi və milli məlumat idarəetmə sistemləri; Süni intellekt texnologiyalarının inkişafında rəqəmsal suverenlik strategiyaları; Rəqəmsal suverenliyin sosial-iqtisadi, elmi-texnoloji və geostrateji təsirləri
Süni intellekt və verilənlərə əsaslanan idarəetmə: İqtisadiyyatda, maliyyə-bank sektorunda və idarəetmədə böyük verilənlərin analitikası və rəqəmsal həllər.
Ali təhsildə yeni nəsil texnologiyalar: Universitet mühitində rəqəmsal təhsil platformaları, intellektual mentorluq sistemləri və fərdiləşdirilmiş təlim modelləri.
İqlim dəyişikliyi fondu və dayanıqlı şəhər iqtisadiyyatı: Karbon footprints analizi, yaşıl texnologiyalar və ekoloji dayanıqlılığın iqtisadi mexanizmləri.
Gənc tədqiqatçıların fənlərarası təşəbbüsləri: İqtisadiyyatın digər elm sahələri (mühəndislik, sosiologiya, ekologiya) ilə kəsişməsində formalaşan innovativ multidissiplinar layihələr.
İnnovativ materialşünaslıq və funksional nanomateriallar mühəndisliyi: Yeni nəsil materialların, nanokompozitlərin və çoxfunksiyalı nanosistemlərin atom-molekul səviyyəsində nəzəri modelləşdirilməsi və sintezi ilə yanaşı, bu qabaqcıl materialların elektronika, energetika, biotibb və sənaye sahələrindəki tətbiqi mühəndislik həllərinin araşdırılması.
Yaşıl mühəndislik və alternativ enerji texnologiyaları: Günəş, külək, hidrogen və bioenerji sistemlərinin səmərəliliyini artırmaq üçün təməl termodinamik və fiziki proseslərin öyrənilməsini, həmçinin yeni nəsil enerji saxlama texnologiyalarının, ağıllı enerji şəbəkələrinin və sənayedə tətbiq oluna bilən enerjiyə qənaət edən texnoloji qurğuların hazırlanması.
Rəqəmsal kiber-fiziki sistemlər və intellektual robototexnika: Əşyaların İnterneti, kiber-fiziki sistemlər və robototexnikada istifadə olunan qeyri-xətti idarəetmə alqoritmlərinin nəzəri əsaslandırılmasını, həmçinin ağıllı istehsalat mühiti üçün rəqəmsal əkizlərin və avtonom monitorinq-idarəetmə texnologiyalarının yaradılması.
İştirakçılara dair tələblər
Yaş həddi: Müsabiqənin elan olunduğu tarixdə layihə rəhbərinin və komanda üzvlərinin yaşı maksimum 40 olmalıdır.
Akademik status: Layihə rəhbəri UNEC-in tamştatlı əməkdaşı (gənc müəllim, tədqiqatçı) və ya UNEC-də təhsil alan doktorant olmalıdır.
Komandanın tərkibi: Layihə komandası (orta hesabla 3–5 nəfər) yalnız gənc tədqiqatçılardan ibarət olmalıdır. Komandaya elmi potensialı yüksək olan UNEC magistrantları və magistratura pilləsini bitirməmiş istedadlı bakalavr tələbələri də daxil edilə bilər.
Mentorluq (Elmi məsləhətçi) sistemi: Gənc alimlərin layihələrinə universitetin təcrübəli professor-müəllim heyətindən 1 (bir) nəfər elmi məsləhətçi (mentor) cəlb oluna bilər (mentor üçün yaş məhdudiyyəti tətbiq edilmir).
Gənc alimlərin tədqiqat və innovasiya layihələri üzrə müraciət qaydaları və şərtlər barədə ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://news.unec.edu.az/images/G%C6%8FNC_AL%C4%B0ML%
C6%8FR%C4%B0N_M%C3%9CRAC%C4%B0%C6%8FT_QAYDALARI.pdf
Əlavə məlumat və müraciət üçün:
[email protected]