UNEC Elmin Populyarlaşdırılması Mərkəzi gənc tədqiqatçılar üçün yeni qrant proqramını elan edir. Bu proqram çərçivəsində iqtisadiyyat, texnologiya və cəmiyyət yönümlü elmi-tədqiqat layihələri maliyyələşdiriləcək.
Müraciət etmək istəyən namizədlər 35 yaşdan aşağı olmalı, magistr və ya fəlsəfə doktoru dərəcəsinə sahib olmalı və ingilis dilini akademik səviyyədə bilməlidir.
Tələb olunan sənədlər
Şəxsiyyət vəsiqəsinin surəti
Təhsil haqqında sənədin surəti
Layihə təklifi forması
2 ədəd tövsiyə məktubu
Əlavə məlumat və müraciət üçün:
[email protected]