Azərbaycan Texniki Universitetinin doktorantı, Süni intellekt üzrə gənc tədqiqatçı
Murad Əliyev süni intellekt, maşın öyrənməsi və kompüter görməsi sahəsində tədqiqatlar aparır. Elmi fəaliyyəti sənaye proseslərinin optimallaşdırılması, tibbi görüntülərin analizi və ağıllı informasiya sistemlərinin hazırlanmasına yönəlib. Müxtəlif elmi konfranslarda çıxış etmiş, beynəlxalq elmi jurnallarda məqalələri dərc olunmuşdur. Hazırda universitet-sənaye əməkdaşlığı çərçivəsində innovativ süni intellekt layihələrinin hazırlanmasında iştirak edir.
Rationality: What it is, Why it Seems Scarce, Why it Matters
Steven Pinker
Kitab haqqında
Dünyanın nəhəng intellektualları Elmin populyarlaşdırılması işinə böyük zəhmət sərf edirlər. Onlardan biri də şübhəsiz ki, Harvard Universitetinin Psixologiya üzrə professoru Steven Pinkerdir. O, koqnitiv (latınca cognitio-"bilik") tədqiqatlar üzrə tanınmış mütəxəssisdir. Psixolinqivistika sahəsində tədqiqatları ilə məşhurlaşıb. İnsanın dili, ağlı və şüuru fenomenləri haqqında bir neçə bestsellerin müəllifidir.