Frensis Halzen 2026-cı il Fizika üzrə Nobel mükafatına IceCube Neytrino Rəsədxanasının yaradılmasına verdiyi mühüm töhfələrə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə layiq görülüb. 2004-cü ildə Antarktidada tikintisinə başlanılan rəsədxana 2011-ci ildə fəaliyyətə başlayıb. 2013-cü ildə IceCube Günəş sistemindən kənardakı yüksək enerjili mənbələrdən gələn neytrinoların aşkarlanmasına dair ilk mühüm sübutları təqdim edib. 2018-ci ildə başqa qalaktikadakı ifrat kütləli qara dəlikdən gələn neytrinoların, 2023-cü ildə isə neytrinolar əsasında Süd Yolunun ilk görüntüsünün əldə edilməsi mühüm elmi nailiyyətlər olub. Bu tədqiqatlar kainatın quruluşunu və yüksək enerjili kosmik hadisələri daha dərindən öyrənmək üçün yeni imkanlar yaradıb.