lightbulb LAYİHƏLƏR

ABŞ-nin süni intellekt nəhəngi “OpenAI” şirkətinin hazırladığı modellər riyaziyyat, kompüter elmləri və kvant fizikası sahələrində üç mühüm elmi nəticəyə nail olub.

Süni intellekt riyaziyyat və fizikada 3 böyük kəşfə imza atdı.

ABŞ-nin süni intellekt nəhəngi “OpenAI” şirkətinin hazırladığı modellər riyaziyyat, kompüter elmləri və kvant fizikası sahələrində üç mühüm elmi nəticəyə nail olub.

ABŞ-nin süni intellekt nəhəngi “OpenAI” şirkətinin hazırladığı modellər riyaziyyat, kompüter elmləri və kvant fizikası sahələrində üç mühüm elmi nəticəyə nail olub.

Şirkət tapıntıların təsdiqlənməsi və elmi dünyadakı təsirlərinin qiymətləndirilməsi məqsədilə mütəxəssis tədqiqatçılarla əməkdaşlığa başladığını elan edib. Həmçinin süni intellekt modelləri riyaziyyatda harmonik analiz sahəsindəki lokal hamarlaşdırma fərziyyəsini bütün ölçülərdə sübuta yetirib.

Bundan əlavə, model kompüter elmlərində uzun müddətdir doğru qəbul edilən Qüvvət Zamanı Hipotezini (ETH) təkzib edib və kvant rəng dinamikası (QCD) daxil olmaqla bəzi kvant sahə nəzəriyyələrinin riyazi varlığını sübut etməyə yönəlmiş mühüm nəticələr əldə edib. Nəticələrin elmi baxımdan tam dərk olunması üçün üç müxtəlif üsul izləməyi planlaşdıran şirkət tədqiqatçıların süni intellekt tərəfindən istehsal olunan materialları araşdırmasına və onları müstəqil şəkildə təsdiqləməsinə şərait yaradacağını qeyd edib.

“OpenAI” tədqiqat nəticələrinə dair xam məlumatların müstəqil yoxlama üçün açıq olacağını və tapıntıların kompüter elmləri sahəsindəki təsirlərinin müzakirə ediləcəyi konfransın maliyyələşdirilməsini üzərinə götürəcəyini bəyan edib. Süni intellektin əldə etdiyi nəticələr “Lean” adlı rəsmi doğrulama metodundan istifadə olunaraq təsdiqlənib.