rss Xəbər

UNEC-in “THE WORLD UNIVERSLTY RANKINGS 2027” üzrə elmmetrik göstəricilərinin təhlili

Cari il üzrə THE World University Rankings 2027 nəticələrinə əsasən UNEC reytinqdə 701-800-cü pillələr aralığında qərarlaşmışdır. Universitet xüsusilə elmi fəaliyyət göstəriciləri üzrə mühüm irəliləyiş nümayiş etdirərək Tədqiqat mühiti indikatoru üzrə 104-cü, Tədqiqatın keyfiyyəti indikatoru üzrə isə 158 pillə yüksələrək 323-cü mövqeyə çatmışdır.

UNEC-in “THE WORLD UNIVERSLTY RANKINGS 2027” üzrə elmmetrik göstəricilərinin təhlili

UNEC-in THE 2027 üzrə elmmetrik indikator nəticələri

THE World University Rankings metodologiyasında elmi fəaliyyətlə bağlı göstəricilərin ümumi çəkisi 40% təşkil edir.  Belə ki, UNEC-in THE World University Rankings 2027 üzrə elmi fəaliyyət göstəriciləri aşağıdakı kimi olmuşdur:

Tədqiqat məhsuldarlığı (akademik heyətin adam başına düşən beynəlxalq nəşr sayı) – 27,1 bal

Beynəlxalq həmmüəlliflik (xarici tədqiqatçılarla birgə nəşrlərin payı) – 85,6 bal

İstinad təsiri (orta sitat göstəricisi) – 97,7 bal

Tədqiqat gücü (yüksək istinad toplayan tədqiqatların həcmi və təsiri) – 96,9 bal

Tədqiqat mükəmməlliyi (dünyada ən çox istinad edilən top 10% nəşrlərdəki pay) – 64,4 bal

Tədqiqat nüfuzu (qlobal elmi mühitə təsir) – 28,4 bal

Patentlər üzrə istinadlar – 1,4 bal

Elmi fəaliyyət göstəricilərinin rolu

THE World University Rankings 2027 reytinqinin elmi göstəriciləri universitetlərin 2021-2025-ci illər üzrə elmmetrik nəticələri əsasında hesablanmışdır. Hesablamalara UNEC-ə aid 2635 Scopus indeksli elmi əsər daxil edilmişdir. Bunların:

2601 elmi əsər (98,7%) birbaşa 2021-2025-ci illərdə indekslənmiş, 34 elmi əsər (1,3%) isə digər illərdə indekslənsə də, nəşr tarixləri qiymətləndirmə dövrünə uyğun olmuşdur.

Tədqiqat keyfiyyətində əhəmiyyətli yüksəliş

Aparılan təhlillər UNEC-in tədqiqat keyfiyyəti üzrə mühüm irəliləyiş əldə etdiyini göstərir. Belə ki, universitetə məxsus 657 elmi əsər (24,9%) müvafiq elm sahələri üzrə dünyada ən çox istinad edilən top 10% nəşrlər sırasına daxil olmuşdur.

Bundan əlavə, 812 elmi əsər (34,1%) CiteScore göstəricisinə əsasən dünyanın ən yüksək göstəricili top 10% jurnallarında dərc edilmişdir.

Qiymətləndirilən dövrdə UNEC alimlərinin elmi əsərlərinə ümumilikdə 39876 istinad verilmişdir. Nəticədə: orta istinad göstəricisi – 15,1, sahə üzrə çəkiləndirilmiş sitat təsiri (FWCI) – 2,26 olmuşdur.

Nəşrlərin kvartillər üzrə bölgüsü

Nəşrlərin keyfiyyət göstəricilərindən biri də onların dərc olunduğu jurnalların kvartil göstəriciləridir. Təhlillər UNEC-in elmi nəşrlərinin 67,8%-nin yüksək kateqoriyalı Q1 və Q2 jurnallarda çap olunduğunu göstərir.

Kvartillər üzrə bölgü aşağıdakı kimidir:

Q1 – 1315 elmi əsər
Q2 – 472 elmi əsər
Q3 – 360 elmi əsər
Q4 – 237 elmi əsər

Kvartili olmayan – 251 elmi əsər

Elmi əsərlərin görünürlüyü və oxunma göstəriciləri

UNEC tədqiqatlarının beynəlxalq elmi ictimaiyyətdə görünürlüyü və oxunma göstəriciləri də yüksək nəticələr nümayiş etdirmişdir.

Qiymətləndirilən dövr ərzində:

elmi nəşrlərə ümumilikdə 149261 baxış qeydə alınmış, 1639 elmi əsər (62,3%) qlobal miqyasda ən çox baxılan top 10% nəşrlər sırasına daxil olmuşdur.

Bu göstəricilər üzrə:

orta baxış sayı – 56,6

sahə üzrə çəkiləndirilmiş baxış təsiri (FWVI) – 3,56 təşkil etmişdir.

Beynəlxalq elmi əməkdaşlıq göstəriciləri

UNEC müəllifləri qiymətləndirilən dövrdə dünyanın 126 ölkəsindən olan tədqiqatçılarla əməkdaşlıq çərçivəsində 1803 elmi əsər dərc etmişdir.

Beynəlxalq həmmüəlliflik əsasında hazırlanan nəşrlər üzrə:

ümumi istinad sayı – 35372

bir nəşrə düşən orta istinad sayı – 19,6

FWCI göstəricisi – 2,98 olmuşdur.

Bu nəticələr beynəlxalq əməkdaşlığın elmi məhsuldarlığın və sitat təsirinin artırılmasında mühüm rol oynadığını göstərir.

Akademik-korporativ əməkdaşlığın inkişaf potensialı

Akademik-korporativ əməkdaşlıq

elmi əsər sayı- 40

ümumi istinad sayı – 4868

bir nəşrə düşən orta istinad sayı – 121,7

Qeyri Akademik-korporativ əməkdaşlıq (No academic-corporate collabration)

elmi əsər sayı- 2595

ümumi istinad sayı – 35008

bir nəşrə düşən orta istinad sayı – 13,5

FWCI göstəricisi – 2

UNEC-in THE WUR 2027 nəticələri göstərir ki, universitet kəmiyyətdən keyfiyyətə keçid strategiyasını uğurla tamamlamış, nəşrlərinin sitat, kvartil (Q1/Q2) və beynəlxalq oxunma göstəricilərini qlobal səviyyəyə qaldırmışdır.