rss Xəbər

“World’s Top 2% Scientists” siyahısında yer alan UNEC tədqiqatçılarının metrik göstəricilərinin təhlili

ABŞ-ın Stenford Universitetinin 2026-cı il üzrə dünyanın ən nüfuzlu 2% alimini əhatə edən “World’s Top 2% Scientists” siyahısına UNEC-in 3 aliminin adı daxil edilib.

“World’s Top 2% Scientists” siyahısında yer alan UNEC tədqiqatçılarının metrik göstəricilərinin təhlili

Siyahıya əsasən, UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı, tədqiqatçı müəllim, dosent Tural Nağıyev və UNEC İqtisadi Klinika Tədqiqat Mərkəzinin tədqiqatçısı, dosent Mustafa Tevfik Kartal, UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Tədqiqat Mərkəzinin tədqiqatçısı, tədqiqatçı müəllim, ekonometrika üzrə fəlsəfə doktoru Həsrəddin Quliyev dünyanın TOP 2 faiz alimləri sırasında yer alıblar.

Məlumdur ki, TOP 2 faiz alimlərin siyahısı tədqiqatçıların Elsevier şirkətinin Scopus bazasındakı məlumatları əsasında formalaşır. UNEC alimlərinin Scopus bazasındakı göstəriciləri SciVal analitik platformasında təhlil olunmuşdur.

Ümumi nəşr sayı-257

Nəşr aktivliyi-2015-2026-cı illər aralığı

Dünyada ən çox istinad edilən top 10% nəşrlərdəki payı- 46,3% (119)

CiteScore üzrə yüksək persentilli jurnallardakı nəşr payı: - 49,2% (119)

İstinad göstəricisi- 9601

Orta istinad göstəricisi-37,4

Sahə üzrə çəkiləndirilmiş sitat təsiri (FWCI)-3,08

Baxış və oxunma say göstəricisi- 15786

Dünyada ən çox baxış olan top 10% nəşrlərdəki payı- 67,3% (171)

Orta baxış göstəricisi-61,4

Sahə üzrə çəkiləndirilmiş baxış təsiri (FWVI)-3,06

Yüksək Q1/Q2 kvartilli jurnallardakı nəşr payı-87,6% (212)

Elmi tədqiqat sahələri üzrə təsnifləşdirmə:

  1. Ətraf mühit elmləri-102 elmi əsər

  2. Enerji-64 elmi əsər

  3. Fizika və astronomiya-51 elmi əsər

  4.  İqtisadiyyat Ekonometrika və Maliyyə-46 elmi əsər

  5. Sosial Elmlər-39 elmi əsər

Xarici həmmüəllifli nəşr sayı: 153

Yerli həmmüəllifli nəşr sayı-72

Akademik-sənaye əməkdaşlığı üzrə nəşr sayı-1

Yerli ATM-lərlə əməkdaşlıq:

Bakı Dövlət Universiteti (BDU)-41 elmi əsər

Qərbi Kaspi Universiteti-38 elmi əsər

Xəzər Universiteti-30 elmi əsər

Xarici ATM-lərlə əməkdaşlıq:

Yildiz Technical University-61 elmi əsər

European University of Lefke-53 elmi əsər

Lebanese American University-51 elmi əsər

Tədqiqatçıların UNEC üzrə 2019–2026-cı illəri əhatə edən elmi fəaliyyəti çərçivəsində 152 elmi əsər, 3 037 istinad və 11 051 baxış qeydə alınmışdır. Keyfiyyət göstəricilərinə əsasən, nəşrlərin 88,68%-i (133 əsər) Q1 və Q2 kvartilli jurnallarda dərc olunmuş, 68,62%-i xarici həmmüəlliflərlə birgə ərsəyə gəlmiş, 1 elmi əsər isə akademik-korporativ əməkdaşlıq çərçivəsində dərc olunmuşdur.