graduate THE FRONTIERS OF OUR SCIENCE

MİRZƏCANZADƏ AZAD

Azərbaycan alimi, texnika elmləri doktoru, akademik

MİRZƏCANZADƏ AZAD

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir. Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir.

Key achievements:
  • Qeyri-Nyuton neftlərinin tədqiqi.
  • Qaz-kondensat yataqlarının nəzəriyyəsi.
  • Neft hasilatının optimallaşdırılması.
  • Dəniz neft yataqlarının işlənməsi.
  • Quyuların qazılması və istismarı.
  • Yeni elmi istiqamətlərin inkişafı.