lightbulb 科学发明

ALİM OLMAQ ÜÇÜN 6 ŞƏRT

2018-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüş yaponiyalı alim Tasuku Honjo alim olmaq üçün lazım olan 6 keyfiyyət barədə fikirlərini paylaşır:

ALİM OLMAQ ÜÇÜN 6 ŞƏRT

2018-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüş yaponiyalı alim Tasuku Honjo alim olmaq üçün lazım olan 6 keyfiyyət barədə fikirlərini paylaşır:

"Elmlə məşğul olmaq üçün mən həmişə tələbələrimə deyirəm: əgər onların marağı yoxdursa, elm sahəsində karyera seçməməlidirlər. Müxtəlif cür alimlər var. Həqiqətən bilmək istədiyinizi öyrənmək həmişə vacibdir. Tədqiqatı naməlum suyu tapmaq üçün dağların dərin mağaralarına səyahət kimi təsəvvür edin. Bəzən getdiyiniz yolda maraqlı bir daş tapırsınız, geri qayıdarkən onu diqqətlə araşdırdıqda çox qiymətli olduğunu öyrənirsiniz.

Mənim elmlə məşğul olma üslubum tamamilə bilinməyən bir şeyi tapmaq və ya suyun çıxdığı naməlum mağaraya yeni bir marşrut müəyyən etməkdir. Nə etmək istədiyinizi deyil, nə öyrənmək istədiyinizi soruşmağa davam etməlisiniz. Siz çağırışları qəbul etməli, öz səylərinizi və vaxtınızı sərf etməyə cəsarət etməlisiniz. Bu üç amil (maraq, cəsarət, çağırışlar) mənim tədqiqat karyeramın əsası idi.

Layihə ilə bağlı qərar verdikdən sonra daha üç amil tələb olunur. Əlbəttə ki, araşdırmalarınızı böyük diqqətlə davam etdirməlisiniz. Konsentrasiya tədqiqatın həyatınızda aparıcı fəaliyyətə çevrilməsi deməkdir; bəzən məqsədinizə çatmaq üçün digər vacib işləri qurban verməli olursunuz. Bundan başqa, araşdırmalarınızda davamlı olmaq və öz işinizi görə biləcəyinizə inanmaq lazımdır. Və ya əksinə də ola bilər: konsentrasiya və davamlılıq sonda inam yarada bilər. Son üç amil də ilk üç amil kimi vacibdir."