Prof. Dr. Oqtay Sinanoğlu dünyanın nüfuzlu universitetlərindən biri olan Yale University-də ən gənc yaşda (26 yaşında) professor olmuş alimlərdən biridir. O, iki dəfə Nobel mükafatına namizəd göstərilmişdir.
Alimin aldığı saysız-hesabsız mükafatlar, gördüyü işlər və elmə verdiyi töhfələr o qədər çoxdur ki, bunlar ayrıca bir mövzu kimi təqdim oluna bilər. Fizika, kimya, biologiya və riyaziyyat sahələrində fəaliyyət göstərərək adını dünyaya tanıtmış və tədqiqatları ilə böyük nüfuz qazanmışdır. Ona “Türk Eynşteyni” də deyirlər.
Professor Oqtay Sinanoğlunun “Mühacir hamamı” kitabından:
“Dünya dilinin ingiliscə olduğu fikri tamamilə yanlışdır. Beş dəfə izah etsən, riyazi əsaslarla bu təhsil sisteminin səmərəsiz olduğunu sübut etsən, milli mədəniyyətin zəifləməsini, tarixdən silinmə riskini, uşaqların şəxsiyyət formalaşmasında problemləri, keyfiyyətli təhsil ala bilməməsini və digər ölkələrin təhsil sistemlərini açıqlasan belə, yenə biri ayağa qalxıb soruşar: ‘Uşağım ingiliscə öyrənməsinmi?’
Uşağın ingilis dili öyrənməsinə qarşı çıxan yoxdur. Mən özüm də getdiyim hər ölkənin dilini öyrənməyə çalışmışam. Hətta Yaponiyada yapon dilində elmi mühazirələr də vermişəm. Lakin təhsilin başqa dildə aparılması tamamilə fərqli və təhlükəli bir məsələdir. Almaniyada universitetlər alman dilində, Yaponiyada isə yapon dilində təhsil verir.
Dünyada təhsil dilini ingiliscə etməklə xarici dil öyrətmək kimi bir metod yoxdur. Müstəmləkə ölkələri istisna olmaqla, heç bir ölkədə belə bir yanaşma tətbiq edilmir.”